Rusiyanın milli valyutası - rublun məzənnəsi dollar və avroya nisbətdə ucuzlaşmağa davam edir.
GunAz.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Moskva birjasında dolların məzənnəsi 84 qəpik qalxaraq 68,87 rubl, avronun məzənnəsi isə 67 qəpik artaraq 79,57 rubl təşkil edib.
Eyni zamanda ABŞ-ın milli valyutası Rusiyada ilin əvvəlində qeydə alınan ən yüksək göstəricini üstələyib.
Rublin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının fonunda öz dəyərini itirdiyi bildirilir.