SON DƏQİQƏ
» » Qanada Kofi Annanın ölümü ilə əlaqədar bir həftə matəm elan edilib

Qanada Kofi Annanın ölümü ilə əlaqədar bir həftə matəm elan edilib

Tarix:

19-08-2018, 09:14

/ 10 268 dəfə oxundu.
Qanada Kofi Annanın ölümü ilə əlaqədar bir həftə matəm elan edilib

Qana prezidenti Nana Akufo-Addo BMT-nin sabiq baş katibi Kofi Annanın ölümü ilə əlaqədar ölkədə bir həftəlik matəm elan edib.

GunAz.az Trend-ə istinadən bildirir ki, bu barədə Qana prezidentinin satında yerləşdirilən rəsmi bəyanatında bildirilir.

Bəyanatda deyilir: "Bütün Qana xalqı adından mən onun sevimli xanımı Mariya Neyneyə və onun sadiq uşaqları Ame, Koxe və Nineyə bu böyük itki ilə əlaqədar bizim səmimi başsağlığımızı bildirirəm. Bir həftə ərzində, avqustun 20-dən başlayaraq, ölkədə və diplomatik missiyalarda bütün bayraqlar endiriləcək".

Qeyd edək ki, BMT-nin sabiq baş katibi Kofi Annan həyatının 81-ci ilində dünyasını dəyişib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ