SON DƏQİQƏ
» » Türkiyə ABŞ-ın sanksiyalarına belə qarşılıqlı CAVAB verdi

Türkiyə ABŞ-ın sanksiyalarına belə qarşılıqlı CAVAB verdi

Tarix:

15-08-2018, 16:29

/ 10 246 dəfə oxundu.
Türkiyə ABŞ-ın sanksiyalarına belə qarşılıqlı CAVAB verdi

Türkiyənin ticarət naziri Ruhsar Pekcan ABŞ-ın sanksiyalarına 533 milyon dollar həcmində gömrük vergisi ilə cavab verdiklərini bəyan edib. 

GunAz.az xəbər verir ki, Pekcan idxalda 22 maddə üzrə vergini iki dəfə artırdıqlarını açıqlayıb.

Onun sözlərinə görə, vergi artımları 533 milyon dollar səviyyəsindədir. 

Nazir Türkiyə şirkətlərinin mənafelərini müdafiə edəcəklərini bəyan edib:

“ABŞ-ın sanksiyalarına lazım gələn cavabı verəcəyik. Polad və alüminiuma əlavə verginin tətbiqi bu ölkənin öz şirkətlərini də vuracaq. Düzdür, ABŞ xarici ticarətdə önəmli tərəfdaşımız ola bilər, ancaq tək deyil. Alternativ ticarət tərəfdaşları, bazarlar tapacağıq”. 

Qeyd edək ki, ABŞ-dan idxal edilən mallara tətbiq edilən rüsumları 100 faiz artırılıb. Ən böyük artım alkoqollu içkilərdə və nəqliyyat vasitələrində olub. Alkoqolda 140, bütün növ nəqliyyat vasitələrinə 120 faiz artım qərarı verilib.

скачать dle 12.1

Şərhlər