SON DƏQİQƏ
» » Türkiyədən ABŞ-a sərt CAVAB - Gömrük rüsumları artırıldı

Türkiyədən ABŞ-a sərt CAVAB - Gömrük rüsumları artırıldı

Tarix:

15-08-2018, 11:50

/ 10 243 dəfə oxundu.
Türkiyədən ABŞ-a sərt CAVAB - Gömrük rüsumları artırıldı

Türkiyə ABŞ-dan idxal edilən məhsulların gömrük rüsumunu artırıb.

GunAz.az  xəbər verir ki, ABŞ-dan idxal edilən avtomobil, spirtli içki və tütünə tətbiq edilən gömrük vergisi artırılıb. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sərəncam imzalayıb.

Sənədə əsasən, Türkiyəyə idxal edilən avtomobillərin gömrük rüsumu 120%, spirtli içkilərin gömrük rüsumu 140%, tütünün gömrük rüsumu isə 60% artırılıb. Bundan başqa ABŞ-dan idxal edilən kosmetika, düyü və kömürün də gömrük rüsumu artırılıb.

Türkiyənin vitse-prezidenti Fuad Oktay Tvitter səhifəsində qeyd edib ki, bu addımlar ABŞ-ın Türkiyə iqtisadiyyatına hücumu ilə bağlı atılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ