Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində Vehbi Taş adlı PKK terrorçusu məhv edilib.
GunAz.az Türkiyə KİV-lərinə istinadən məlumat verir ki, "Serkeft Şiyar" ləqəbi ilə tanınan terrorçu Şırnakda keçirilən əməliyyatda zərərsizləşdirilib. Onunla yanaşı daha 4 terrorçu əməliyyat zamanı öldürülüb.