SON DƏQİQƏ

Ərdoğan ABŞ-ı məhkəmə ilə hədələdi

Tarix:

29-07-2018, 09:23

/ 10 237 dəfə oxundu.
Ərdoğan ABŞ-ı məhkəmə ilə hədələdi

Ankara ABŞ-ın “F-35” tipli yeni nəsil qırıcı təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə beynəlxalq arbitraja müraciət edəcək.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Bizi hədələyirlər. Ortada nə baş verib ki, onlar “F-35”ləri tədarük etməkdən imtina ediblər. Verməyəcəksinizsə, biz beynəlxalq arbitraja müraciət edəcəyik”, - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni “F-35” hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ