SON DƏQİQƏ
» » Ərdoğandan dəhşətli qəza ilə bağlı - İlk açıqlama

Ərdoğandan dəhşətli qəza ilə bağlı - İlk açıqlama

Tarix:

9-07-2018, 08:21

/ 10 278 dəfə oxundu.
Ərdoğandan dəhşətli qəza ilə bağlı - İlk açıqlama

Təkirdağın Çorlu mahalında baş verən qatar qəzası hamımızı dərin kədərə qərq edib.

GunAz.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çorludakı qatar qəzası ilə bağlı yaydığı başsağlığı mesajındandır. Prezident qəzadan sonra bütün birliklərin səfərbər olduğunu bildirib:

"Bütün dövlət qurumları səfərbər edilib. Qatarın relsdən çıxması ilə bağlı baş vermiş qəzanın detalları araşdırılır. Hadisə zamanı həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm", - Ərdoğan bildirib.

Qeyd edək ki, qəza nəticəsində 10 sərnişin ölüb, 73-ü yaralanıb.

скачать dle 12.1

Şərhlər