SON DƏQİQƏ

Gürcüstanda 3 nazirlik ləğv edildi

Tarix:

26-06-2018, 13:53

/ 10 199 dəfə oxundu.
Gürcüstanda 3 nazirlik ləğv edildi

Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin nazirlər kabineti ilə bağlı yeni qərarını açıqlayıb.

Gunaz.Az xəbər verir ki, Gürcüstanda mədəniyyət və idman, qaçqınların işi üzrə və cəzaların yerinə yetirilməsi üzrə nazirliklər ləğv edilib.

Baxtadze deyib: “Biz kiçik hökumətin, maksimal operativ və problemləri həll edən kiçik strukturun konsepsiyasını hazırlamışıq”

Baş nazir bildirib ki, mədəniyyət və idman nazirliyi təhsil nazirliyinə birləşdirilir. Cəzaların icrası nazirliyi isə əvvəl olduğu kimi, ədliyyə nazirliyinin tərkibində olacaq.

Qaçqınlarla iş üzrə nazirliyin səlahiyyətləri isə regional inkişaf və infrastruktur nazirliyinə veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ