SON DƏQİQƏ
» » Gürcüstanın baş naziri “Şəhidlər Xiyabanı”nı ziyarət etdi

Gürcüstanın baş naziri “Şəhidlər Xiyabanı”nı ziyarət etdi

Tarix:

12-03-2018, 18:54

/ 10 451 dəfə oxundu.
Gürcüstanın baş naziri “Şəhidlər Xiyabanı”nı ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili nümayəndə heyəti ilə birlikdə “Fəxri Xiyaban”ı ziyarət edib.

Gunaz.az xəbər verir ki, Giorgi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və onun həyat yoldaşı Zərifə Əliyevanın xatirəsini yad edib.
Sonra gürcü heyət “Şəhidlər Xiyabanı”nı da ziyarət edib. Baş nazir həmçinin “Şəhidlər Xiyabanına” gül-çiçək dəstələri aparıb.

Gürcüstanın baş nazirinin Azərbaycana rəsmi səfəri bu gün başladı. Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının prezidenti ilə “Zaqulba” Sarayında görüşdü.

Az sonralar isə, Girogi Kvirikaşvili, azərbaycanlı həmkarı, Artur Rasizadə ilə görüşəcək. İki ölkənin hökumət üzvlərinin iştirakı ilə, günişləndirilmiş formatlı danıqlar aparılacaq.

Gürcüstanın baş nazirinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə, baş nazirin birinci müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsuşvili, baş nazir müavini, Xarici İşlər naziri Mixeil Canelidze, Maliyyə naziri Mamuka Baxtadze, parlamentin vitse-spikeri, Azərbaycanla dostluq parlament qrupunun sədri Zviad Ziziquri və xarici əlaqələr məsələləri üzrı baş nazirin məsləhətçisi, Tedo Caparidze daxildilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ