SON DƏQİQƏ

Rusiyada helikopter qəzaya uğrayıb

Tarix:

22-06-2018, 19:56

/ 10 261 dəfə oxundu.
Rusiyada helikopter qəzaya uğrayıb

Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində helikopter qəzaya uğrayıb.

Gunaz.az xəbər verir ki, bu barədə “İnterfaks” fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat verib.

“Havadan bunun “Mİ-8″ helikopteri olduğu təsbit edilib. Bataqlıq ərazidə onun qalıqları aşkar edilib. Pilot, ehtimal ki, ölüb”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, helikopter neft şirkətlərindən birinə aid ola bilər.

“Helikopter infrastruktura xidmət göstərib və ola bilsin ki, texniki səbəblərə görə sərt eniş edib”, – mənbə vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ