SON DƏQİQƏ
» » ABŞ Çindən alınan mallara 25 faizlik rüsum tətbiq edəcək

ABŞ Çindən alınan mallara 25 faizlik rüsum tətbiq edəcək

Tarix:

16-06-2018, 08:01

/ 10 358 dəfə oxundu.
ABŞ Çindən alınan mallara 25 faizlik rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp Çindən alınan mallara qarşı 50 milyard dollar məbləğində gömrük rüsumlarını təsdiqləyib.

"Report"un "The Wall Street Journal" qəzetinə istinadən verdiyi məlumata görə, qərar Milli Təhlükəsizlik, Maliyyə və Ticarət nazirliklərin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qəbul olunub.

Adları siyahıda keçən mallara 25 faizlik rüsum tətbiq olunacaq. Amma hələlik qərarın nə vaxt qüvvəyə minəcəyi məlum deyil.

Qəzet yazır ki, müvafiq qərar ABŞ ilə Çin arasında ticarət müharibəsinin dayandırılması barədə əldə olunmuş razılığa ziddir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ