SON DƏQİQƏ

Tramp Tereza Mey ilə Suriyanı müzakirə etdi

Tarix:

13-04-2018, 10:43

/ 10 241 dəfə oxundu.
Tramp Tereza Mey ilə Suriyanı müzakirə etdi

ABŞ prezidenti Donald Tramp Suriya mövzusunda qərar qəbul etmək üçün İngiltərənin baş naziri Tereza Meylə telefonda danışıb.

Gunaz.az xəbər verir ki, tərəflər Suriyada kimyəvi silah istifadəsinə veriləcək cavabı müzakirə ediblər. Ağ Ev telefon danışığı ilə bağlı açıqlama verib. 

Açıqlamaya əsasən, iki lider Suriyada kimyəvi silah istehsalına qarşı ortaq cavab verilməsinə dair müzakirələr aparıblar.

Ağ Evin mətbuat katibi Sara Sanders dünən ABŞ prezidenti Trampın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında son qərarın qəbul edilmədiyini açıqlamışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ