SON DƏQİQƏ
» » Ərdoğan və Tereza Mey Suriyanı müzakirə etdi

Ərdoğan və Tereza Mey Suriyanı müzakirə etdi

Tarix:

26-01-2018, 18:59

/ 1 178 dəfə oxundu.
Ərdoğan və Tereza Mey Suriyanı müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İngiltərənin baş naziri Tereza Mey Suriya böhranını müzakirə ediblər.

Gunaz.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Türkiyənin Afrindəki hərbi əməliyyatı barədə fikir mübadiləsi aparıblar.

Ərdoğan əməliyyatın beynəlxalq hüquqa, BMT-nin və digər beynəlxalq təşkilatların qanunvericiliyinə, konvensiyalara uyğun olduğunu baş nazirin diqqətinə çatdırıb.

Tereza Mey Suriyada sabitliyin qorunmasında önəmli rol oynayan Türkiyənin İŞİD-ə qarşı mübarizəsini təqdir etdiyini bildirib.

Tərəflər Suriya böhranının həlli üçün yaxın vaxtlarda birgə müzakirə aparılmasının vacibliyini vurğulayıblar.

скачать dle 12.1

Şərhlər