SON DƏQİQƏ
» » Vulkan püskürməsi nəticəsində 25 nəfər öldü

Vulkan püskürməsi nəticəsində 25 nəfər öldü

Tarix:

4-06-2018, 11:37

/ 10 319 dəfə oxundu.
Vulkan püskürməsi nəticəsində 25 nəfər öldü

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində azı 25 nəfər həlak olub. 

Gunaz.az xəbər verir ki, bununla bağlı təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə xidmətin nümayəndəsi məlumat verib. 

“RBC Noticias” kanalının yaydığı məlumata görə, 653 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Vulkandan qalxan tüstü on metrlərlə yüksəkliyə qalxıb. 

Qvatemala hökuməti ölkənin bir çox bölgələrində qırmızı həyəcan elan edib. 

Bundan başqa, Fueqo vulkanın fəallaşmasından sonra paytaxtdakı “Aurora” beynəlxalq aeroportu fəaliyyətini dayandırıb. 

Faciə ölkənin 16,6 milyon vətəndaşından 1,7 milyonuna zərər verib. 

Meksika prezidenti Enrike Penya Nyeto hadisə ilə əlaqədar Qvatemalaya başsağlığı verib və yardımını təklif edib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ