SON DƏQİQƏ
» » Havay adalarında vulkan püskürüb: xəsarət alan var

Havay adalarında vulkan püskürüb: xəsarət alan var

Tarix:

20-05-2018, 11:37

/ 10 393 dəfə oxundu.
Havay adalarında vulkan püskürüb: xəsarət alan var

Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində yerli sakin xəsarət alıb.

Trend "Hawaii News Now" telekanalına istinadən xəbər verir ki, vulkanın lavası sakinə toxunub, nəticədə o xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, xəsarət alan püskürmə zamanı öz evinin eyvanında olub. Lava sıçrantısı onun ayağına ağır xəsarət yetirib.

Qeyd edək ki, püskürməyə başlayan Kilauea vulkanının külləri 9 km hündürlüyə qədər yayılır. Ekspertlər vulkanın püskürməsinin bir neçə həftə davam edə biləcəyini söyləyirlər. Bundan əvvəl vulkanın püskürməsi ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrindən 10 minə qədər insan evakuasiya edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ