Filippində yüngülmotorlu “Piper PA-23 Apaçi” təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Gunaz.az xəbər verir ki, təyyarə qəzası ölkənin Bulakan əyaləti ərazisində baş verib.
Təyyarə Plaridel-Laoaq marşrutu üzrə hərəkət edib. Göyərtəsində 6 sərnişin və bir pilot olub.
Qeyd edək ki, təyyarə “Lite Air Express” şirkətinə məxsus olub.