Misirdə yüngülmotorlu “Beechcraft-58” təlim təyyarəsi qəzaya uğrayıb.
Gunaz.az xəbər verir ki, hadisə Karun gölü yaxınlığında qeydə alınıb.
Qəza nəticəsində təyyarədə olan 3 nəfər ölüb. Məlumata əsasən, uçuş zamanı təyyarədə texniki nasazlıq yaranıb. Qəza pilot təyyarəni yaxınlığındakı aerodromlardan birinə endirməyə cəhd edərkən baş verib.
İnsidentin səbəbləri araşdırılır.