SON DƏQİQƏ
» » Türkiyənin ABŞ-dakı səfiri Vaşinqtona geri qayıtdı

Türkiyənin ABŞ-dakı səfiri Vaşinqtona geri qayıtdı

Tarix:

31-05-2018, 16:03

/ 10 332 dəfə oxundu.
Türkiyənin ABŞ-dakı səfiri Vaşinqtona geri qayıtdı

Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıc vəzifəsini davam etdirmək üçün Vaşinqtona qayıdıb.

Gunaz.az xəbər verir ki, o, mayın 31-də ABŞ-a yola düşüb.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.

Türkiyə buna etiraz olaraq ABŞ-dakı səfiri Serdar Kılıc məsləhətləşmələr üçün Ankaraya çağırmışdı.

Xatırladaq ki, bu il iyunun 4-də Vaşinqtonda ABŞ-la Türkiyə arasında münasibətlərin normallaşamsına dair danışıqlar olacaq.

скачать dle 12.1

Şərhlər