SON DƏQİQƏ

Sosial demokratlar Merkeli ittiham edirlər

Tarix:

29-05-2018, 13:00

/ 10 244 dəfə oxundu.
Sosial demokratlar Merkeli ittiham edirlər

Hakim koalisiyada XDİ/XSİ blokunun tərəfdaşları olan alman sosial-demokratlar (ASDP) Almaniya kansleri Angela Merkeli Miqrasiya və Qaçqınların İşləri üzrə Federal İdarənin (BAMF) fəaliyyətində aşkar edilmiş pozuntularda əli olmaqda ittiham edirlər. Partiyanın sədr müavini Ralf Şteqner "Die Welt” nəşrinə müsahibəsində deyib: "Merkel məsuliyyətdən yaxa qurtarmağa çalışır”.
Gunaz.az bildirir  ki, BAMF ilə bağlı qalmaqal bu təşkilatın Bremen filialında korrupsiya ehtimalı ilə bağlı xəbərlərdən başlanıb. Almaniya Daxili İşlər Nazirliyi bu filialda xidməti səlahiyyətlərdən sui-istifadə halları barədə məlumatı təsdiq edib. Filialın keçmiş rəhbəri və onun bir sıra əməkdaşları bir neçə il ərzində AFR-də
sığınacaq verilməsi barədə 1200-ə yaxın müraciəti qanunsuz olaraq təmin ediblər.
Sığınacaq verilməsi barədə müraciətlərə baxılması ilə əlaqədar 4568 işin yoxlanılması nəticəsində məlum olub ki, BAMF-ın Bremen şöbəsi bilərəkdən qanun pozuntusuna yol verib. AFR-in daxili işlər naziri Horst Zeyehofer deyib: "Sığınacaq verilməsi barədə işlərə baxılmasının keyfiyyətinə və Bremen mərkəzinin reputasiyasına etimad xeyli azalıb”. Sonradan məlum olub ki, BAMF-ın digər regional filiallarında da oxşar pozuntular törədilib.
Kanslerdən bu pozuntuların "dərhal təhqiq olunmasını” tələb edən Şteqnerin fikrincə, "Merkel susur, heç nə etmir və BAMF ilə əlaqədar vəziyyət aydınlaşana qədər gözləmək istəyir”.
Sosial-demokratlar Merkelin rəhbərlik etdiyi hökumətə 2013-cü ildən daxildir. Buna baxmayaraq, Şteqner belə hesab edir ki, BAMF-ın işinə görə məsuliyyət yalnız XDİ/XSİ blokunun üzərinə düşür, çünki 2005-ci ildən bəri DİN rəhbərləri yalnız bu blokun üzvləri olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ