SON DƏQİQƏ
» » “Qarabağ klanı” hərəkətə keçir – Paşinyana qarşı qiyam

“Qarabağ klanı” hərəkətə keçir – Paşinyana qarşı qiyam

Tarix:

15-05-2018, 12:07

/ 10 322 dəfə oxundu.
“Qarabağ klanı” hərəkətə keçir – Paşinyana qarşı qiyam

Ermənistanın paytaxtında sular durulmur. Qiyamçı deputat Nikol Paşinyan Serj Sərkisyanı və onun rəhbərlik etdiyi “Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdırsa da, o, bu ərköyün davranışının cavabını ağır şəkildə alacaq. Çünki Sərkisyanın indiki məqamda hakimiyyətdən uzaqlaşdırılması Rusiyanın maraqlarına uyğun deyildi. Kremlin baş ideoloqları bunu Rusiyanın Yaxın Şərq və Ukraynadakı böhranlara başının qarışmasından Qərbin fürsət kimi istifadə etdiklərini iddia edirlər.

Gunaz.az xəbər verir ki, Ermənistan KİV-i keçmiş prezident Serj Sərkisyanın Rusiyanın köməyilə Paşinyana qarşı qiyam hazırladığını iddia edirlər.

Bununla bağlı Moskvadan təlimat alan keçmiş prezidentin hərəkətə keçmək tapşırığı gözlədiyi iddia edilir. Qeyd edilir ki, Soçidə bağlı qapılar arxasında Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra da, özünəxas ritorikasıyla heç kəsə bağlı olmadığını nümayiş etdirməyə çalışan Nikol Paşinyan bir qədər gərgin görünsə də, “Kremlin mətbəxində onun üçün qaynadılan qazan”dan xəbərsizdir. Ehtimal edilir ki, Putinlə görüşdən keçən bir neçə həftə ərzində Paşinyan könüllü şəkildə hakimiyyətdən getdiyini elan etməsə, bu, ona baha başa gələck. Erməni mənbələri onun bununla bağlı Moskvadan dolayı yolla xəbərdarlıq aldığını iddia edirlər.

Yaxın günlərdə Xarici İşlər naziri Sergey Lavrovun İrəvana gələcəyi ilə bağlı yayılmış qeyri-rəsmi məlumat da bunu təsdiq edir. İddiaya görə, Lavrovun səfəri Moskvanın Paşinyana öz xoşuyla hakimiyyətdən getməsi üçün verəcəyi sonuncu şans olacaq.(Teleqraf.com)

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ