SON DƏQİQƏ

Trampla Inın görüşəcəyi tarix məlum oldu

Tarix:

10-05-2018, 19:57

/ 10 227 dəfə oxundu.
Trampla Inın görüşəcəyi tarix məlum oldu

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inla görüşünün vaxtını açıqlayıb.

Gunaz.az-ın məlumatına görə, D.Tramp bu barədə öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, Kim Çen Inla görüş iyunun 12-də Sinqapurda baş tutacaq.

Qeyd edək ki, ötən gün Şimali Koreya rəhbəri ilə görüşmüş ABŞ Dövlət katibi Mayk Pompeo görüş tarixinin və yerinin məlum olduğunu demişdi.

скачать dle 12.1

Şərhlər