SON DƏQİQƏ
» » Mayk Pompeonun Kim Çen Inla görüşdüyü təsdiqləndi

Mayk Pompeonun Kim Çen Inla görüşdüyü təsdiqləndi

Tarix:

18-04-2018, 16:14

/ 10 301 dəfə oxundu.
Mayk Pompeonun Kim Çen Inla görüşdüyü təsdiqləndi

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun ötən həftə Şimali Koreya prezidenti Kim Çen Inla görüşdüyünü təsdiqləyib.
Bu barədə ABŞ prezidenti "Twitter”də yazıb. O bildirib ki, görüş çox sakit keçib: "Yaxşı münasibətlər qurulub. Hazırda sammitin detalları üzərində iş aparılır. Nüvə silahından azad olma sülh, həmçinin Şimali Koreya üçün böyük irəliləyiş olacaq”.
Xatırladaq ki, Şimali və Cənubi Koreya liderləri arasında görüş aprelin 27-nə təyin olunub. Daha sonra may ayında Donald Trampla Kim Çen Inın görüşü gözlənilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ