SON DƏQİQƏ
» » ABŞ müsəlman ölkəsinə yardım ayırdı - Böyük məbləğ

ABŞ müsəlman ölkəsinə yardım ayırdı - Böyük məbləğ

Tarix:

31-03-2018, 21:28

/ 10 270 dəfə oxundu.
ABŞ müsəlman ölkəsinə yardım ayırdı - Böyük məbləğ

İordaniyanın Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə ABŞ-ın Əmmandakı səfirliyi Birləşmiş Ştatların bu ölkəyə iqtisadi və hərbi yardım üçün 1,5 milyard dollardan artıq vəsait ayırdığını elan ediblər.

Gunaz.az Azərtac-a istinadla xəbər verir ki, qurumun bəyanatında ABŞ-ın İordaniyaya iqtisadi yardıma 1 milyard 82 milyon dollar, ölkənin büdcəsinə birbaşa dəstəyə 745 milyon dollar və hərbi yardıma 425 milyon dollar ayırdığı qeyd olunub.

İordaniyanın planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri İmad al Fahuri bu məsələyə aydınlıq gətirərək bildirib ki, bu rəqəmlər 2018-ci il fevralın 14-də imzalanmış, ABŞ-ın krallığa 2018-2022-ci illərdə yardımını tənzimləyən qarşılıqlı anlaşma memorandumunda razılaşdırılıb. Onun sözlərinə görə, memorandumda İordaniyaya ildə 1 milyard 275 milyon dollar yardım nəzərdə tutulur. Nazir xüsusilə vurğulayıb ki, bu rəqəmlər Kral II Abdullanın rəhbərliyi ilə həyata keçirilən layihələr, modernləşmə və ölkənin hərtərəfli inkişafına Amerika tərəfinin – həm Administrasiyanın, eləcə də ABŞ Konqresinin verdiyi yüksək qiymətin təzahürüdür, eləcə də İordaniya ilə ABŞ arasında strateji tərəfdaşlığın dərinliyini, krallığın regionda və dünyada əsas rolunu nəzərə çarpdırır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ