SON DƏQİQƏ

İki ölkə arasında ən böyük mübadilə

Tarix:

30-03-2018, 15:34

/ 10 309 dəfə oxundu.
İki ölkə arasında ən böyük mübadilə

Yaponiyanın və Hindistanın xarici işlər nazirləri Hind-Sakit okean regionunun inkişafı ilə əlaqədar əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Gunaz.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, Taro Kono Tokioda keçirilən görüşdə hindistanlı həmkarına Yaponiyanın Hindistana 1 milyard 400 milyon dollar məbləğində kredit verəcəyini deyib.
Həmin vəsaitin Mumbayda metro sistemi də daxil olmaqla bir neçə layihəyə sərf olunacağı bildirilir. Əldə olunan razılaşmaya əsasən, tərəflər digər infrastrukturların, o cümlədən limanların və sürətli qatar xətlərinin yaxşılaşdırılması üçün də əməkdaşlıq edəcəklər.
Bu məbləğ də daxil olmaqla 2017-ci maliyyə ilində Yaponiyanın Hindistana vəd etdiyi kreditin ümumi məbləği 3 milyard 600 milyon dollar təşkil edəcək. Bu, iki ölkə arasında tarixdə ən böyük kredit mübadiləsidir.
скачать dle 12.1

Şərhlər