SON DƏQİQƏ
» » Ötən il xərclənən xarici kreditin həcmi bəlli oldu

Ötən il xərclənən xarici kreditin həcmi bəlli oldu

Tarix:

5-03-2018, 18:48

/ 10 347 dəfə oxundu.
Ötən il xərclənən xarici kreditin həcmi bəlli oldu

2018-ci il 1 yanvar tarixinə Azərbaycan sosial-iqtisadi inkişafı üçün vacib əhəmiyyət kəsb edən sahələr üzrə 160 layihə və proqramın maliyyələşdirilməsinə dair dövlət zəmanəti əsasında 194 kredit sazişi imzalayıb.

Gunaz.az Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatına istinadən xəbər verir ki, bunlardan 113 layihə və yeddi proqramın icrası başa çatıb, 40 layihənin icrası davam etdirilir.

Bildirilir ki, əməkdaşlıq olunan müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2018-ci il 1 yanvar tarixinə dövlət zəmanəti əsasında bilavasitə hökumətə verilən və dövlət büdcəsində vəsaiti hesabına xidmət edilən ümumi məbləği 13,919 mlrd. dollar ekvivalentində kredit sazişi imzalanıb.

İmzalanmış sazişlər üzrə ayrılan kreditlərdən, ümumilikdə 11 mlrd. 518,7 mln. dolları (82,6%), o cümlədən 2017-ci il ərzində 2 mlrd. 908,9 mln. dollar ekvivalentində vəsait istifadə edilib.

2018-ci il 1 yanvar tarixinə istifadə edilmiş kreditlər üzrə təqribən 2 mlrd. 676,9 mln. dollar məbləğində əsas borc qaytarılıb. Dövlət zəmanəti verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2018-ci il 1 yanvar tarixinə 9 mlrd. 398,3 mln. dollar ekvivalentində olub:

“Xarici dövlət borcunun 5 mlrd. 510,4 mln. dolları və ya 58,6%-i hökumət tərəfindən birbaşa cəlb edilmiş kreditlər, 3 mlrd. 331,4 mln. dolları və ya 35,5%-i xarici valyuta nominallı dövlət qiymətli kağızları, 556,5 mln. dolları və ya 5,9%-i isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir. 2017-ci il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına 855,9 mln. dollar məbləğində ödənişlər həyata keçirilib.

Bu ödənişlərin 668,7 mln. dolları əsas borc kimi, 187,2 mln. Dolları isə kreditlərə hesablanmış faizlərə görə həyata keçirilən ödənişlərdir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ