SON DƏQİQƏ
» » Pentaqon Ərdoğanın bəyanatına qarşı çıxdı

Pentaqon Ərdoğanın bəyanatına qarşı çıxdı

Tarix:

23-03-2018, 13:08

/ 10 217 dəfə oxundu.
Pentaqon Ərdoğanın bəyanatına qarşı çıxdı

"ABŞ-ın Menbiçdən çəkilmək kimi bir niyyəti yoxdur".

Gunaz.az "CNNTürk"-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Qüvvətlər Komandanlığı (CENTCOM) və Xarici İşlər Nazirliyi günlük mətbuat konfransında Pentaqondakı CENTCOM sözçüsü Adrian Rankine Qallovey bildirib. 

A.R.Qallovey deyib ki, koalisyon qüvvələri hazırda Menbiç bölgəsində yerləşir:

"İŞİD-in nəzarətindən azad edilmiş digər bölgələrdə olduğu kimi, koalisiya qüvvələri Menbiç bölgəsində yerli sivil məclisin sabitliyi təmin etməsi üçün dəstəkləyir. Əməliyyat təhlükəsizliyi səbəbilə daha çox açıqlama verə bilmərik".

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert isə qeyd edib ki, Türkiyə ilə danışıqlar davam edir: 

"Hələ ki, bir nəticə əldə edilməyib. Danışıqların davam edəcəyinə ümid edirik. Ancaq bizim Menbiçdən çəkilmək kimi bir niyyətimiz yoxdur".

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrinin terrorçulardan azad edilməsindən sonra Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Menbic bölgəsinin də azad olunması üzrə hərbi əməliyyata başlayacağını bəyan edib:

“Menbicin etnik tərkibi PYD terrorçuları tərəfindən dəyişdirilib. Bu bölgədə əhalinin 90 faizini təşkil edən ərəblər ərazidən tamamilə qovulub”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ