SON DƏQİQƏ

Sarkozi yenə istintaq qarşısında

Tarix:

21-03-2018, 14:10

/ 10 267 dəfə oxundu.
Sarkozi yenə istintaq qarşısında

Dünən dünya gündəmini Fransanın sabiq prezidenti Sarkozinin saxlanılması zəbt etmişdi.

Gunaz.az xəbər verir ki, Nikola Sarkozi 2007-ci ildə keçirilən seçkilərə görə istintaqa cəlb edilib. Bu gün isə istintaqa gedən Nikolanın fotoları çəkilib.

Sarkozi vəkili ilə istintaqa getmək üçün evdən çıxıb.

Qeyd edək ki, Sarkozi 2007-ci ildəki seçkilərdə Liviyanın mərhum lideri Müəmmar Qəddafidən pul yardımı almaq iddiası ilə açılan cinayət işində şübhəli şəxsdir. Fransa mətbuatının xəbərinə əsasən, 2006-cı ilin dekabr ayında Trablusdan Parisə 5 milyon avro aparılıb. Bu pul Sarkoziyə çatıb.

скачать dle 12.1

Şərhlər