SON DƏQİQƏ
» » Merkeldən sərt reaksiya: “İslam Almaniyaya aiddir”

Merkeldən sərt reaksiya: “İslam Almaniyaya aiddir”

Tarix:

17-03-2018, 14:30

/ 10 289 dəfə oxundu.
Merkeldən sərt reaksiya: “İslam Almaniyaya aiddir”

Almaniyanın yeni Daxili İşlər Naziri Horst Zeehofer “İslam Almaniyaya aid deyil. Almaniya Xristian mədəniyyəti ilə yoğrulmuşdur ” deyib.

Gunaz.az xəbər verir ki, Onun sözlərinə baş nazir Merkel və siyasi partiyalardan sərt reaksiya gəlib.

Baş nazir Angela Merkel Xristian Sosial Birlik (CSU) çoxpartiyalı koalisiya ortağı Zeehoferin sözlərinə etiraz edib.

Merkel Almaniyanın mədəniyyətinin xristianlıq və yəhudilik ilə formalaşdığını, ancaq artıq Almaniyada dörd milyona yaxın müsəlmanın yaşadığını bildirib.

Xristian-Demokrat Birlik Partiyasının (CDU) lideri Merkel Berlində bir mətbuat konfransında verdiyi açıqlamada ” Müsəlmanlar və onlarla birlikdə dinləri İslam da Almaniyaya aiddir” deyib.

Merkellə yanaşı CDU-lu siyasətçilərdən də Zeehoferə reaksiya göstərən açıqlamalar gəlib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ