Almaniyada keçirilən parlament seçkisinin ilk nəticələri açıqlanıb.
GUNAZ.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı qalib gəlir. Angela Merkelin rəhbərlik etdiyi alyans 32,5% səs toplayıb. İkinci yerdə Sosial Demokrat Partiyası (20%), ücüncü yerdə isə Almaniya üçün Alternativ Partiyası qərarlaşıb (13,5%).
Beləliklə, böyük ehtimalla Angela Merkel kansler postunu qoruyub saxlayacaq.