SON DƏQİQƏ

NATO-dan Türkiyəyə TƏKLİF - Afrinlə bağlı

Tarix:

9-03-2018, 08:18

/ 10 263 dəfə oxundu.
NATO-dan Türkiyəyə TƏKLİF - Afrinlə bağlı

Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatın miqyası və müddəti məhdudlaşdırılmalıdır.

Bu barədə NATO baş katibinin müavini Rouz Qetemüller bildirib.

"Türkiyə Alyansın dəyərlərini unutmamalıdır. Afrindəki əməliyyata gəlincə, bu o deməkdir ki, proporsionallıq prinsipinə əməl edilməlidir, mülki şəxslər hədəf olmamalıdır, əməliyyatın miqyası və müddəti mümkün qədər məhdudlaşdırılmalıdır", - deyə Rouz Qetemüller Brüssel Forumunda çıxışı zamanı bildirib.

Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. (apa)

скачать dle 12.1

Şərhlər