SON DƏQİQƏ

Polşada onlarla insan soyuqdan donub

Tarix:

3-03-2018, 15:34

/ 10 247 dəfə oxundu.
Polşada onlarla insan soyuqdan donub

Polşada şaxtalı hava ilə əlaqədar ölənlərin sayı 60 nəfəri ötüb.

Gunaz.az xəbər verir ki, bu barədə Polşa hökumətinin təhlükəsizlik mərkəzi məlumat yayıb.

“Ötən günlər ərzində donvurmadan daha 2 nəfər dünyasını dəyişib” - deyə məlumatda bildirilir.

Ümumilikdə noyabrdan bəri Polşada donvurmadan ölənlərin sayı 63 nəfərə çatıb. Ölənlərin ən azı 25-i son 1 həftə ərzində güclü şaxta ilə müşayiət olunan çovğun nəticəsində dünyasını dəyişib.

Artıq bir neçə gündür ki, Polşanın əksər bölgələrində gündüz saatlarına temperatur mənfi on dərəcədən yuxarı qalxmır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ