
Xəbər verdiyimiz kimi,Türk kinosunun məşhur aktyoru Kadir İnanır, dünən axşam saatlarında beyninə embolizm atması nəticəsində yaxınları tərəfindən "Beşiktaş Fulya"da olan xüsusi bir xəstəxanaya qaldırılıb.
Gunaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,xəstəxananın baş həkimi Prof. Dr. Reha Baran, K. İnanırın sağlamlıq vəziyyəti haqqında "Ümumi vəziyyəti indi yaxşıdır. Həyatı təhlükəsi yoxdur" deyə bildirib.
Kadir İnanır 24 saatdan artıqdır ki, xəstəxanamızda. Həyatı riski olmadığını deyərək, bunları da əlavə edib:
"Bazar günü 10.00-a yaxın zəng aldım. Jülide xanım idi,danışıq qabiliyətinin pozulduğunu söyləyəndə, evə getdim. 45 dəqiqəyə qədər razı salmaqla məşğul olduq. Sonunda yola gətirdik, birlikdə xəstəxanaya gəldik. Beyinin orta damarının üst hissəsində bir damarın tıxandığını müəyyən etdikdə, beyinin damarlarını görmək üçün anjiyo apardıq. Bir damarın açılma zəruriliyi qərarını verdik.
Zamanlamanın çox əhəmiyyəti var. İndi heç bir narahatlıq olmadan intensiv mənada baxımda. Zəmanət olsun deyə nəzarətmiz altındadı.