
Papa Fransiskin Vatikana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hörmətsizlik etdiyi iddia edilir.
Gunaz.az xəbər verir ki, son 59 ildə Vatikana səfər edən ilk Türkiyə prezidenti kimi tarixə düşən Ərdoğanın Papa Fransisk ilə görüşü 1 saatdan çox davam edib. Görüş zamanı R.T.Ərdoğan hörmətsizliklə qarşılaşdığı xəbərləri yayılıb.
Türkiyə KİV-də yazılan xəbərlərdə iddia olunur ki, Papa Fransisk Ərdoğanın stulunu öz stulundan alçaq qoyub.
Bunu görən Ərdoğan sərt reaksiya verib.Dərhal stulun dəyişdirilməsini və Papa Fransiskin stulu ilə eyni səviyyədə qoyulmasını tələb edib.
Stul dəyişdirilib və Papa Fransiskin yanına qoyulub.