SON DƏQİQƏ
» » Türkiyə prezidenti Vatikanda - 59 il sonra bir ilk

Türkiyə prezidenti Vatikanda - 59 il sonra bir ilk

Tarix:

5-02-2018, 16:08

/ 1 054 dəfə oxundu.
Türkiyə prezidenti Vatikanda - 59 il sonra bir ilk

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Vatikana rəsmi səfəri zamanı Papa Fransisk ilə görüşüb.

Gunaz.az xəbər verir ki, 59 il sonra ilk dəfə Vatikanı ziyarət edən Ərdoğan Papa ilə baş-başa görüşüb. Görüş zamanı Türkiyə-Vatikan münasibətləri, Qüds ilə əlaqədar yeniliklər, Suriya və yerli problemlərlə yanaşı İslam düşmənçiliyi ilə mübarizə məsələləri yer alıb.

Görüşdən sonra Ərdoğan Papaya köhnə İstanbulu 24 bölümlə təsvir edən miniatur İznik lövhəsi ilə Məsnəvinin italyanca və ingiliscə nəşrlərini hədiyyə edib. Papa isə öz növbəsində Ərdoğana sülhü təmsil edən medalyon təqdim edib. Hər iki tərəf hədiyyələr haqqında bir-birlərinə məlumat verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ