Vaşinqtonun Tel-Əviv səfirliyini Qüdsə köçürməsi ilə bağlı ABŞ-da sorğu keçirilib.
Gunaz.az xarici mediaya istinadla xəbər verir ki, sorğuda min nəfərdən çox amerikalı iştirak edib.
Korrespondentlərin 49 faizi bu qərara qarşı olduqlarını bildiriblər. 36 faiz səfirliyin köçürülməsinə münasibət bildirməyib. Yalnız 15 faiz ABŞ Prezidenti Donald Trampın qərarını dəstəkləyib.
Qeyd edək ki, BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib. Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 ölkə bitərəf qalıb.