Avropa İttifaqı (Aİ) cümə axşamı (dekabrın 21-də) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadacaq.
Gunaz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Brüsseldəki mənbə bildirib.
Qərar iclas keçirilmədən qəbul ediləcək. Ötən həftə qeyri-formal şam yeməyində Avropa İttifaqına üzv ölkələrinin liderləri sanksiyaların yarım il uzadılmasını uyğunlaşdırıblar.
İndiki halda, sanksiyaların müddəti 2018-ci ilin yanvarın sonunda başa çatır.
Xatırladaq ki, Avropa İttifaqı 2014-cü ildə - Krımın Rusiyaya birləşdirilməsi və Donbasda vəziyyətin gərginləşməsindən sonra Moskvaya qarşı məhdudlaşdırıcı ölçüləri daxil edib.