SON DƏQİQƏ
» » Avropanın ən ucqar və ən gənc paytaxt şəhəri - Astana

Avropanın ən ucqar və ən gənc paytaxt şəhəri - Astana

Tarix:

10-12-2017, 18:29

/ 1 696 dəfə oxundu.
Avropanın ən ucqar və ən gənc paytaxt şəhəri - Astana

Bu gün Qazaxıstanın paytaxtının Almatıdan Astanaya köçürülməsindən 20 il ötür.

Astana 1961-ci ilə qədər Aqmolinsk, 1961-1992-ci illərdə Selinoqrad, 1992-1998-ci illərdə Aqmola adlandırılıb. 1997-ci ildə isə Qazaxıstanın paytaxtına çevrilib.

Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır.

Astananın iqlimi kontinentaldır. Yayda həddindən artıq isti, qışda isə çox soyuq olur, uzunmüddətli şaxtalı günlər müşayiət olunur.

Astananın salınmasında ölkənin 71 şəhəri, 432 tikinti şirkəti iştirak edib. 135 zavod isə onu tikinti materialları ilə təmin edib. Layihələrə yaponiyalı Kise Kurokava və britaniyalı Norman Foster kimi dünyanın tanınmış memarları rəhbərlik edib.

Image result for astana

Astana-Bəyterek abidəsi şəhərin simvolu və vizit kartı hesab olunur. Monumentin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur. 97 metr yüksəklikdə şəhərin panoramasını seyr etmək üçün rəsədxana yerləşir. Buradan paytaxtı əlinizin içi kimi görə bilərsiniz. Adibəyə qalxmaq üçün liftdən istifadə olunur. Həmin zalın ortasında dünyanın 17 din xadiminin imzası olan 17 ləçəkli qlobus yerləşir. Həmin rəqəm burada təsadüfi xarakter daşımır. Binada qalereya, böyük akvarium və restoran yerləşir. Bəyterek dünyada 22 metr diametri, 300 ton ağırlığı olan, beş dirək üzərində dayanan və günəş şüalarının təsiri ilə tez-tez rəngini dəyişən şüşədən hazırlanan yeganə şardır. Bəyterek sözünün mənası hündür qovaq ağacı deməkdir. Abidənin maraqlı fəlsəfəsi var. Bu yumurtalarını qovaq ağacının başında qoyan xoşbəxtlik quşu Simurqla bağlıdır.

Astananın görməli yerləri sırasında sülh sarayının adını çəkə bilərik. Bu piramida formalı binadır. Sahəsi 62 kvadrat metr olan sarayın hündürlüyü də həmin rəqəmlə ekvivalent təşkil edir. Onun tikiliş layihəsini britanıyanın tanınmış mühəndisi Norman Foster verib.

Binanın içərisində opera teatrı, eləcə də yığıncaq və konfransların keçirilməsi üçün nəzərdə tutulan otaqlar yerləşir. Lap yuxarı mərtəbədə müxtəlif dinlərə məxsus liderlərin qəbulu üçün 200 nəfərlik dəyirmi zal var. Bundan başqa, Nur-Astana məscidinə də baş çəkə bilərsiniz. Onun 62 metrlik dörd minarəsi var. Şəhərdə kilsə və sinaqoqun da olduğunu qeyd etməliyik. Əsası 2000-ci ildə qoyulmuş Prezidentin mədəniyyət mərkəzi də şəhərin diqqətəlayiq məkanlarındandır. Yuxarıdan baxanda dünyanın dörd tərəfinə istiqamətlənmiş şüaları olan şarı xatırladır. Mərkəzdə muzey, kitabxana və konsert zalı yerləşir. Astanada fontanlı hovuzlara tez-tez rast gəlmək mümkündür.

"Yeni Müsavat"ın bir neçə dəfə Astanada olmuş əməkdaşları danışırlar ki, əslində bu şəhəri heç cür Asiya şəhəri adlandırmaq olmaz. Astana görünüşü, təbiəti, mədəniyyəti, cəmiyyəti ilə əsl Avropa şəhəridir.

Şəhərdə yüzlərlə dəmir-beton və şüşə konstruksiyalı modern tikililər var. Bu tikililərə görə, Astananın ikinci Sinqapur adlandıranlar da var.

Paytaxtın Almatıdan Astana köçürülməsinin isə tarixi siyasi qərar olduğu heç kəsə sirr deyil. 1997-ci ildə bu qərardan narazı qalan və prezident Nursultan Nazarbayevdən izahat istəyən Rusiya prezidenti Boris Yeltsin ona belə bir sual verib: "Nursultan Abışeviç, paytaxtı Almatıdan Astanaya köçürmək hansı zərurətdən doğub?" Buna cavab olaraq Nazarbayev vəziyyətdən zarafatla çıxıb: "Bu, Moskvaya daha iki saat tez uçub çatmaq üçün vacib idi".

Image result for Astana sultan həzrət məscidi

Image result for astana

Image result for astana

Image result for astana

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ