SON DƏQİQƏ
» » Putinin yeni layihəsi BTQ-yə alternativdir? - Politoloq

Putinin yeni layihəsi BTQ-yə alternativdir? - Politoloq

Tarix:

11-11-2017, 08:43

/ 1 026 dəfə oxundu.
Putinin yeni layihəsi BTQ-yə alternativdir? - Politoloq

Rusiyanın Çelyabinsk şəhərində Rusiya və Qazaxıstanın Regieonlararası əməkdaşlıq üzrə 14-cü Forumunda çıxışı zamanı Vladimir Putin Bakı-Tiflis-Qars dəmiryoluna alternativ olacaq yeni marşrutun Rusiya və Qazaxıstanın sənaye və logistikasına müsbət təsir edəcəyini bildirib. BTQ-nin yeni fəaliyyətə başladığını nəzərə alsaq, alternativ layihənin BTQ üçün mənfi təsirlərinin olacağı düşünülür.

Məsələ ilə bağlı Axar.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, bunun Azərbaycan üçün hansısa narahatlığı ola bilməz:

“Çünki Putinin dediyi fikir hələ layihədir. Bu layihə həyata keçməyə də bilər. Bakı-Tiflis-Qars dəmiryol xətti isə artıq fəaliyyətdədir və birinci qatarlar işə düşən zaman Çinin böyük miqdarda kontenyerlərini Türkiyə ərazisindən keçirərək, Avropaya daxil oldu. Artıq BTQ özünün müştərilərini toplamaqdadır. Bu barədə Çinin özü də dəfələrlə bəyanatlar verib ki, bu yol qədim İpək yoludur və bizim üçün daha sərfəlidir. İkinci belə bir yolun çəkilməsi ən azı 2-3 il vaxt tələb edir. Bundan başqa, Rusiyada dərin iqtisadi böhranın olduğunu nəzərə alsaq, bu layihənin reallaşıb-reallaşmayacağı sual altındadır. Əgər reallaşsa belə, bu dəmiryol xətti BTQ-dən daha uzun olacaq. Bu zaman da həmin dəmiryolu xətti ilə daşınmalar daha baha qiymətə başa gələcək”.

Politoloq vurğulayıb ki, yükdaşımalarda zaman məsələsi birinci dərəcəli əhəmiyyətə malik olan amildir:

“Yüklərin Avropaya daha tez və vaxtında çatdırılması məsələsində BTQ-yə alternativ yoxdur. Bu dəmiryolu artıq öz müştərilərini toplamaqdadır və onların sayı getdikcə artacaq. Hələ çəkilməsi ideya səviyyəsində olan bir layihənin gələcəkdə BTQ ilə rəqabət aparacağı ehtimalı çox zəifdir. BTQ ilə daha uzun və baha qiymətə yük daşıyacaq layihə müqayisə edilə bilməz”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya və Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumunda çıxışı zamanı Çindən Avropaya yeni dəmiryolunun Rusiya və Qazaxıstanın sənaye və logistikasına müsbət təsir edəcəyini bildirib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ