SON DƏQİQƏ
» » Almaniyada PKK tərəfdarları ilə polis arasında QARŞIDURMA

Almaniyada PKK tərəfdarları ilə polis arasında QARŞIDURMA

Tarix:

5-11-2017, 07:35

/ 1 034 dəfə oxundu.
Almaniyada PKK tərəfdarları ilə polis arasında QARŞIDURMA

Almaniyanın Düsseldorf şəhərində PKK tərəfdarlarının nümayişi insidentsiz ötüşməyib.

Gunaz,az "RİA Novosti"yə istinadən xəbər verir ki, nümayişçilər qadağaya baxmayaraq, aksiyaya PKK terror təşkilatının rəhbəri Abdulla Öcalanın portreti ilə gəliblər. Polisin bildirdiyinə görə, hakimiyyət orqanları nümayişin başa şatdığını bildiriblər. Bundan sonra terrorçuların tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atmağa başlayıblar. Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurma zamanı bir neçə nümayişçi saxlanılıb. Onların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, PKK Türkiyə, Almaniya və Avropa İttifaqı ölkələrində terror təşkilatı kimi tanınıb. Təşkilat uzun müddətdir Türkiyənin dövlət orqanlarına, hərbçilərə və dinc sakinlərə qarşı terror hücumları təşkil edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ