SON DƏQİQƏ
» » Belçikada PKK tərəftarları türk məhəlləsinə basqın etdi

Belçikada PKK tərəftarları türk məhəlləsinə basqın etdi

Tarix:

28-10-2017, 07:57

/ 1 967 dəfə oxundu.
Belçikada PKK tərəftarları türk məhəlləsinə basqın etdi

Belçikada PKK terror təşkilatının tərəftarları türklərə hücum edib.

Gunaz.az-ın məlumatına görə, qarşıdurmada 1-i polis olmaqla 8 nəfər yaralanıb. Məlumata görə, 50-dən çox PKK tərəfdarı saxlanılıb. Hadisə Anvers şəhərində baş verib. Bildirilir ki, üstünə Abdullah Öcalanın plakatı yapışdırılmış avtobus türklərin yaşadığı məhəlləyə girib. PKK tərəfdarları avtobusdan düşərək terror təşkilatının sloqanlarını səsləndiriblər. Bu zaman türklərlə PKK tərəftarları arasında qarşıdurma baş verib.

Yaralı türklərdən birinin bıçaqlandığı bildirilir. Hadisə yerinə gələn polislər qarşıdurmanı yatırmaq üçün bibər qazından istifadə ediblər.(YM)

 

скачать dle 12.1

Şərhlər