İtaliyada İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 24 milyon ədəd narkotik tərkibli həb müsadirə edilib.
Gunaz.az Reuters-ə istinadən bildirir ki, həblər xüsusi olaraq qruplaşma üçün hazırlanıb və Hindistandan gəmilərlə Kalabriya bölgəsinə gətirilib. Buradan isə Liviyadakı terrorçulara göndərilməliymiş. Narkotik vasitələrin ümumu dəyərinin 50 milyon avro civarında olduğu deyilir.