SON DƏQİQƏ
» » İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi

İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi

Tarix:

17-10-2017, 18:52

/ 1 089 dəfə oxundu.
İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi

Uzun müddət İŞİD-in əlində olan, terrorçuların "paytaxt" elan etdikləri Suriyanın Rakka şəhəri azad edilib.
 
APA-nın xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin analizi ilə məşğul olan “Directorate 4” məlumat yayıb.
 
Terrorçuların Rakkanın zəbt etdikləri sonuncu rayonundan çıxarıldığını göstərən video çarx da yayımlanıb.
 
Hazırda Rakkanın tam olaraq Suriya Demokratik Qüvvələrinin (ABŞ-ın dəstək verdiyi ərəb-kürd dəstələri) nəzarəti altında olduğu bildirilir.
Gunaz.az
скачать dle 12.1

Şərhlər