SON DƏQİQƏ
» » Qırğızıstanın yeni prezidenti kimdir? - Ailəsi və sərvəti...

Qırğızıstanın yeni prezidenti kimdir? - Ailəsi və sərvəti...

Tarix:

16-10-2017, 13:57

/ 1 561 dəfə oxundu.
Qırğızıstanın yeni prezidenti kimdir? - Ailəsi və sərvəti...

Qırğızıstanın yeni prezidenti gözlənildiyi kimi Sooronbay Jeenbekov seçildi.  
Gunaz.az Kaktus.media nəşrinə istinadən Sooronbay Şərifoviçin bioqrafiyası, ailə tərkibi və qohumlarının nə işlə məşğul olduqları barədə məlumatları nəzərinizə çatdırır.
Jeenbekovun 58 yaşı var, Oş vilayətinin Kara-Kulcin rayonundandır. 1976-cı ildə rus dili müəllimi  işləyib. 1996-cı ildən onun siyasi karyerası başlayıb. O üç dəfə parlamentin deputatı seçilib və kənd təsərrüfatı naziri olub. 2010-cu ildə Oş vilayətinə rəhbərlik edib. Sonra Dövlət kadr xidmətinin müavini işləyib və prezident aparatının rəhbəri olub. 2016-cı ilin avqustundan  prezident seçilənədək respublikanın baş naziri vəzifəsində işləyib. 
Jeenbekovun həyat yoldaşının adı Aygüldür. Hansı peşənin sahibidir, məlum deyil. O evdar qadındır. Onların bir oğlu, bir qızı var. Qızı Bəxtigül Yeltsin adına Qırğız-Rus Slavyan Universitetində oxuyur. Keçən il ərə gedib. Kürəkən Atabəy deputat Əliyarbəy Abjəliyevin oğludur.
Jeenbekovun Əliəsgər adlı  bir nəvəsi var. Sooronbay Jeenbekov ailəsini  kölgədə tutmağa üstünlük verir.
 Yeenbekovun doğulduğu ailədə on uşaq olub. Böyük qardaşı Kantoro Toktomammatov bu yaxınlarda 69 yaşında vəfat edib. O iqtisad elmləri doktoru, Calal-abad  dövlət universitetinin rektoru olub.
 53 yaşlı kiçik qardaşı Asılbek  parlamentin  beşinci çağırış  spikeri olub, indi sıravi deputatdır. Sooronbay baş nazir olandan sonra Asılbek  toraq( spiker) vəzifəsindən istefa verib. O bu vəzifədə olnda  parlamentin binasında namazgah yaratdığına görə daha da məşhurlaşməşdı. Klanın ən kiçiyi olsa da Asılbeki ən nüfuzlu şəxs hesab edirlər.
Başqa bir qardaşı Jusupbekin 62 yaşı var, amma o Şaripov soyadını daşıyır. O Qırğızıstanın Küveytdə, Mərakeşdə, İordaniyada, Bəhreyndə  fövqəladə və səlahiyyətli səfiridir. Kiçik qardaşları İsgəndər Jeenbekov vəfat edib. Jırqlbek Jeenbekov isə Oş vilayətində yaşayır.
Bacıları haqqında heç nə məlum deyil.
Jeenbekovun hansı sərvətin sahibidir?
Gəlirlər haqqında deklarasiyaya görə Jeenbekov keçən il 870 min som qazanıb. O həmçinin deklarasiyada göstərib ki, 160 kvadrat metr evə, 60 kv.m bağa və 48,04 hektar kənd təsərrüfatı yönümlü torpaq sahəsinə malikdir.  Onun 1700 alma ağacı, 2 min qovaq ağacı, vaqon evi vəMT3-80 traktoru var.
 
Jeenbekovun qohumları ondan çox qazanıblar-2, 4 milyon som. Onların 64 kv.m mənzilləri, 10 hektar torpaq sahəsi var. Keçən ilki hesabatda 66,6 hektar otlaq sahəsi də əlavə olunub. Deklarasiya diqqətlə öyrənilərkən məlum olub ki, bu otlaq şəxsi mülkiyyət olub və 2015-ci ildə qohumlar tərəfindən icarəyə götürülüb. Artıq icarə də yoxdur.
Jeenbekovu məşhurlaşdıran onun 20 iyunda zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş iclasda Dövlət tikinti xidmətinin rəhbəri Almazbek Abdıkarova - “ Çık eşikke”( çıx eşiyə) kəlməsi olub. Jeenbekov onu iclasdan qovub, qapı arxasına qoymuşdu. 
Bu , “Çık eşikke” frazası internetin populyar  paylaşımı olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ