SON DƏQİQƏ
» » Dünyanın ən bahalı evi satılır - Şok qiymət

Dünyanın ən bahalı evi satılır - Şok qiymət

Tarix:

13-10-2017, 16:58

/ 1 174 dəfə oxundu.
Dünyanın ən bahalı evi satılır - Şok qiymət

Fransada 418 mln. ABŞ dollarına 187 il əvvəl tikilmiş ev satışa çıxarılıb.

Report-un xəbərinə görə, "Les Cedres" malikanəsi Belçika kralı II Leopolda məxsus olub və daha sonra zeytun ferması kimi istifadə edilib.

Malikanədəki 14 yataq otağı bahalı mebel və XIX əsrin rəsm əsərləri ilə bəzədilib. Həmçinin burada hovuz, banket zalı və 30 atın saxlanılması üçün nəzərdə tutulan tövlə var.

Bundan başqa, malikanədə 15 000 bitkisi olan Avropanın ən gözəl bağlarından biri yer alıb. Qonşuluqda isə britaniyalı bəstəkar Endryu Lloyd Uebber (Andrew Lloyd Webber) və "Microsoft"un qurucularından Pol Allen (Paul Allen) yaşayır.

Gunaz.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ