SON DƏQİQƏ
» » Amerikanın silahları təkcə dünyaya deyil, həm də özlərinə qənim olub

Amerikanın silahları təkcə dünyaya deyil, həm də özlərinə qənim olub

Tarix:

4-10-2017, 12:33

/ 1 175 dəfə oxundu.
Amerikanın silahları təkcə dünyaya deyil, həm də özlərinə qənim olub

Las-Veqas qırğını ABŞ-ı yenidən silahlanma və “yalan informasiyalar” mövzusuna qaytardı

Amerikalı təqaüdçünün törətdiyi, 60 yaxın insan həlak olduğu, 500 nəfərin isə yaralandığı qətliamın əks-sədası təkcə ABŞ-dan yox, bütün dünyadan gəlir.

Müsavat.com Qərb mediasının hadisə ilə bağlı ortaya çıxardığı təfərrüatları, fərziyyələri, habelə “cəmiyyət və silah” mövzusundakı rəylərini və tənqidlərini təqdim edir.

Fransanın “Le Figaro” qəzeti hadisədə ABŞ-ın silah lobbisinin ittiham olunduğunu yazıb. Jurnalist Filip Jeli Demokrat partiyasından prezidentliyə keçmiş namizəd Hillari Klintonun ölkədə silah satışının lobbiçiyini həyata keçirən milli silah assosiasiyasını sərt tənqid etdiyini bildirib. Məqalədə hadisədən sonra ABŞ-ın ən böyük silah istehsalçı firmalarından sayılan “American Outdoor Brands” şirkətinin səhmlərinin birdən-birə 7% artdığı da maraqla qeyd olunur.

İtaliyanın “La Reppublica” qəzeti odlu silahların hər il 33 min insanın qanını sel kimi ABŞ-a axıtdığını qeyd edir.

Картинки по запросу las-vegas shooting

Jurnalist Vittorio Dzukkoni son hadisəni dinc dövrdə törədilən ən böyük insan qırğını olaraq qiymətləndirir.

“Las-Veqasın “Mandalay” otelində qatilin istifadə etdiyi avtomatlardan 1 milyondan artığının və təxminən 300 milyon avtomat-tapançanın ayrı-ayrı vətəndaşların əlində olduğu nəzərə alınsa, son “rekord”un da əvvəl-axır qırılacağı şübhə doğurmur”, - yazar qeyd edir.

Qəzet hakimiyyətə gələn heç bir prezidentin avtomat və yarıavtomat silahların satışını məhdudlaşdırmağa gücləri yetmədiyini vurğulayır. “Bunlardan AR-16 tüfəngini smartfon qiymətinə almaq mümkündür. Bu silah saniyədə 3, dəqiqədə 180 atəş açmağa qadirdir”, - yazıda bildirilir.

Картинки по запросу las-vegas shooting AR-16

“ABŞ-da qanlı çayların mənbəyi tükənən deyil. Çünki bu mənbə Konstitusiyanın 2-ci düzəlişi ilə (hər kəsin silah daşımaq hüququ-red.) möhkəmləndirilərək millətin tarixinə yazılıb. Lakin bu düzəliş 1791-ci ildə qəbul edilib. Həmin vaxt qara barıt və güllələr tüfənglərə əllə doldurulurdu və hətta ən sərrast və cəld atıcının belə ağlına bir gün dəqiqədə 180 dəfə atəş aça bilən silahın olacağı gəlməzdi. Görünür, bu arqument milli silah assosiasiyasının, silah lobbiçilərinin və trampçıların diqqətindən “qaçır”. Silah lobbisinin klassik cavabı bundan ibarətdir ki, öldürən silah deyil, onu əlində gəzdirəndir. Lakin bu qatil Stiv Paddokun əlində avtomatlar kolleksiyası yox, adi bıçaq olsaydı, biz tələfatı onlarla, yüzlərlə sayardıqmı”, - müəllif sual edir.

“The Washington Post” qəzeti isə qatilin kimliyini araşdırıb.

O, Stiven Paddokun qumar aludəçisi olduğunu, habelə 4 ştatda ev aldığını qeyd edib. Paddokun atasının vaxtilə bank qarətçisi olmasına rəğmən onun özünün heç vaxt hüquq-mühafizə orqanları ilə işi olmayıb.

Картинки по запросу las-vegas shooting Paddock

“Əgər mənə Yer planetinə asteroid düşdüyünü desəydilər, hətta burda da nəsə məna axtarardım. Lakin onun bu hərəkəti törətmək üçün heç bir səbəbi olmayıb”, - Stiven Paddokun Orlandoda yaşayan qardaşı Erik Paddok jurnalistlərə bildirib. Erik Paddok qardaşının adi adam olduğunu, səyahəti sevdiyini, heç bir siyasi və dini görüşlərə sahib olmadığını da medianın diqqətinə çatdırıb.

Qəzetin yazdığına görə, Paddok pensiyaya çıxdıqdan sonra daşınmaz əmlak biznesi ilə məşğul olub və burada uğur qazanıb. Onun sərvətinin 2 milyon dolları ötüb-keçdiyi də bilinir.

Almaniyanın “Der Spiegel” qəzeti isə İŞİD-in terror aktını öz üzərinə götürməsindən yazıb .

Картинки по запросу las-vegas shooting İSİS

Qəzet terror təşkilatının “Amaq” informasiya agentliyi vasitəsilə Las-Veqasdakı qırğının onun əsgərlərindən biri tərəfindən həyata keçirdiyini bəyan etdiyini bildirir. İŞİD hətta ona ad da qoyub-Əbdülqadir. “Der Spiegel” buna rəğmən terror aktının məhz İŞİD tərəfindən törədilməsi faktının ABŞ xüsusi xidmət orqanlarında təsdiq edilmədiyini yazır. Bundan başqa, qəzet terror təşkilatıının İraq və Suriyada aldığı ağır zərbələrdən sonra gündəmdə qalmaq üçün indi hər hadisəni üzərinə götürməyə hazır olduğunu əlavə edib.

The New York Times qəzeti isə sosial şəbəkələrdə biriləri tərəfindən hadisənin ayrı istiqamətə çəkilmək istənildiyini yazır.


Qəzet bəzi media quruluşlarında atəş açan Stiven Paddokun liberal və Tramp düşməni olması, həmçinin FTB-nin onu İŞİD-lə bağlandırması ilə bağlı yalan xəbərlərin yayıldığına diqqət çəkib.

“Bu ağ yalan Facebook və Google vasitəsilə ildırım sürətilə yayıldı”, - məqalə müəlllifi Kevin Ruz yazır.

“Google”da 4Chan trolları atışmada liberalları günahlandıran forumlar təşkil edib. Bu müzakirələr Google-da top başlıqlara belə düşməyi bacarıb.

Картинки по запросу facebook russian trolls

Facebook-a gəlincə, burada “Alt-Right News” saytının qatilin Trampa nifrət edən liberal olması barədə xəbəri trollar tərəfindən dərhal yayılmağa başlanıb. Bundan başqa, “Rusiyanın “Sputnik” kanalı FTB-nin qatilin İŞİD terrorçularından biri olması barədə yalan informasiyanı facebook-da paylaşıb”, - müəllif qeyd edir.

Qəzet hər iki təşkilat rəhbərliyini xəbərlərə və onun paylaşılmasına etinasız yanaşmaqda suçlayıb.

“Facebook top-xəbərləri çeşidləyəcək peşəkar redaktorların hamısını rədd edib. Çox vaxt yeni redaktorlar mühafizəkar saytlardan gələn xəbərlərin paylaşılmasına göz yumurlar. Həm Facebook, həm də Google virtual reallıq sisteminin hazırlanmasına milyardlarla pul xərcləyir. Lakin onlar həqiqi reallığı da qorumaq üçün də pul ayırmağa borcludurlar”, qəzet yekunda qeyd edib.(Musavat.com)

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ