SON DƏQİQƏ

Sabiq prezident ömürlük həbsdə qalacaq

Tarix:

16-09-2017, 23:54

/ 787 dəfə oxundu.
Sabiq prezident ömürlük həbsdə qalacaq

Qahirə Apellyasiya Məhkəməsi Qətərin xeyrinə casusluğa görə azadlıqdan ömürlük məhrum edilən sabiq prezident Məhəmməd Mursi barədə hökmü qüvvədə saxlayıb.
GUNAZ.az xarici KİV-lərə istinadən xəbər verir ki, sabiq prezidentin üç tərəfdarı barədə ölüm hökmünü məhkəmə tərəfindən təsdiqlənib.
Cinayət işində Məhəmməd Mursi daxil olmaqla, ümumilikdə 11 nəfərin adı çəkilib. Onlardan üçünü qiyabi mühakimə ediblər.
Qeyd edək ki, sabiq prezident və Misirdə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatından olan tərəfdarları Mursi hakimiyyətdə olarkən dövləti zəiflətmək məqsədilə ölkənin xüsusi xidmət orqanlarına və ordusuna aid məxfi sənədləri toplamaqda və Qətər kəşfiyyatına ötürməkdə ittiham ediliblər.//oxu.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ