Nazir: Almaniya bu məsələdə Türkiyəyə mane ola bilməz
Tarix:
7-09-2017, 20:05
/ 1 194 dəfə oxundu.
Almaniya Türkiyənin Avropa İttifaqının gömrük birliyinə daxil olmasına mane ola bilməz. Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
O qeyd edib ki, Türkiyə bu birliyə daxil olmaq üçün Almaniya ilə danışıqlar aparmır.
N.Zeybekçi onu da vurğulayıb ki, Almaniyanın bütün cəhdlərinə baxmayaraq Türkiyə gömrük birliyinə daxil olmaq üçün işini davam etdirəcək.//trend