SON DƏQİQƏ
» » Almaniya kansleri: “Türkiyə ilə dərin fikir ayrılığımız var”

Almaniya kansleri: “Türkiyə ilə dərin fikir ayrılığımız var”

Tarix:

9-03-2017, 14:24

/ 3 063 dəfə oxundu.
Almaniya kansleri: “Türkiyə ilə dərin fikir ayrılığımız var”

 "Türkiyə ilə Avropa İttifaqı və Almaniya arasında dərin fikir ayrılığının olduğunu indi hiss edirik”.
Bunu Almaniya kansleri Angel Merkel ölkə parlamentindəki çıxşında bildirib. 
O, Türkiyə rəsmlərini Almaniya hökumətini faşistlərlərlə müqayisə etdikləri üçün tənqid edib: "Faşistlərin dövründə olanlar yalnız o dövrə aiddir. Türkiyə Almaniyanı faşist dövrü ilə müqayisə etməyə son qoymalıdır. Belə bir müqayisə ciddi yanaşma sayıla bilməz”.
A.Merkel Almaniyadakı türk əsilli insanların bu cəmiyyətin bir parçası olduğunu vurğulayıb: "Biz Türkiyə və başqa ölkələrlə əlaqələrimizi demokratik prinsiplərə əsasən davam etdirməliyik”.
Qeyd edək ki, aprelin 16-da Türkiyədə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi üçün referendum keçiriləcək. Türkiyə rəsmiləri bu siyasi kampaniya qabağı xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları ilə görüşmək, təbliğatda iştirak etmək istəyirlər. Almaniya tərəfi isə buna razılıq vermir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Qaaenau şəhər rəhbərliyinin bu hərəkətinin faşistlərin siyasətinə oxşadığını bildirib.(Report)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ