Meksika paytaxtında baş verən atışma nəticəsində azı 7 nəfər xəsarət alıb. GUNAZ.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Excelsior portalı xəbər verir.
Məlumata görə, hadisə şəhərin ən qeyri-sabit ərazilərindən biri olan Tepiko rayonunda baş verib. Münaqişənin səbəbləri hələlik məlum deyil.