SON DƏQİQƏ

İranın müdafiə naziri dəyişdiriləcək

Tarix:

1-08-2017, 20:01

/ 3 706 dəfə oxundu.
İranın müdafiə naziri dəyişdiriləcək


İranın müdafiə naziri, general Hüseyn Dehqan 12-ci hökumətdə yer almayacaq.
GUNAZ.az İran KİV-inə istinadən xəbər verir ki, o, bunu Müdafiə Nazirliyi üçün tikilmiş bir məscidin açılış mərasimində jurnalistlərə bildirib.
Hüseyn Dehqan tutduğu vəzifənin başqa birinə təhvil verəcəyini söyləyib: "12-ci hökumətdə müdafiə naziri vəzifəsinə bu nazirliyin strukturundan bir nəfər seçiləcək. 4 il boyu tutduğum vəzifəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışdım”.
O, yeni nazirlə bağlı məlumat verməyib.
Qeyd edək ki, avqustun 3-də İranda yenidən prezident seçilən Həsən Ruhaninin andiçmə mərasimi olacaq. Andiçmədən sonra İranın yeni, 12-ci hökuməti formalaşdırılacaq. 
скачать dle 12.1

Şərhlər